Modern.az

Kinoteatrdan Sevgililər Günü hədiyyəsi

Kinoteatrdan Sevgililər Günü hədiyyəsi

Təhsil

13 Fevral 2016, 08:13

Azərbaycanın premium kinoteatrı “CinemaPlus” Müqəddəs Valentin Günü ərəfəsində “Tək olmağın qaydaları” yeni komediyanın nümayişinə başlayıb.

Filmin rejissoru Kristian Ditterdi. Baş rolları Dakota Conson, Rebel Uilson, Elison Bri və Lesli Mann oynayıb.

Nyu-York planetin ən romantik şəhərlərindən biridir. Burada tək yaşayıb tənhalıqla kifayətlənmək olar, ya da küçələrdə öz sevgini axtarmaq. Nyu-Yorkda tənha ürəklər çox olur. Adətən onlar bir gecəlik, romantik həftə-sonu və ya hətta ciddi münasibət üçün tanış olmaq istəyirlər. Elis, Robin, Lyusi, Meq, Tom, Devid - onların hamısını bir istək birləşdirir: daima dəyişən dünyada, sevginin əhvaldan və istəkdən asılı olduğu bu aləmdə tək qalmamaq. Şən vaxt keçirmək üçün heç vaxt yatmayan şəhərdə yatmaq olmaz.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır. //cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza