Azərbaycanda iki tanınmış vəkil məhkəmədə üz-üzə gələcək. Amma bu dəfə onlar hansısa təqsirləndirilən şəxsin müdafiəçisi olmayacaqlar. Məsələ budur ki, vəkillər bir-birini məhkəməyə veriblər.
Tanınmış vəkil, deputatlığa keçmiş namizəd Adəm Məmmədov digər tanınmış həmkarı Elçin Sadıqla bağlı məhkəməyə müraciət edib
Modern.az-ın xəbərinə görə, Adəm Məmmədov bu barədə bildirib:
“Cavadeh vəkil Sadıqov Elçin Əli oğlu tərəfindən şəxsiyyətim və fəaliyyətim barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yalan məlumatlar kimi tanınması, həmin məlumatların KİV-də təkzib olunması, cavabdeh Sadıqov Elçin Əli oğlunun üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq 1 (bir) manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsi haqqında Göygöl rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim”.
Modern.az