Modern.az

Şahmar Mövsümov ukraynalı millət vəkilinə uduzub

 Şahmar Mövsümov ukraynalı millət vəkilinə uduzub

Təhsil

14 Fevral 2016, 21:55

 

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) təşkilatının İdarə Heyətinə 2016-2019-cu illər üzrə seçki keçirilib. Modern.az saytı xəbər verir ki, bu barədə MSŞK-nın saytında məlumat yayılıb.

Məlumata görə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov seçkidə uduzub. O Avrasiya regionundan namizəd idi. Təşkilatın idarə heyətinə Avrasiya regionundan ukraynalı millət vəkili Olqa Bielkova seçilib. Bielkova Şahmar Mövsümovdan 8 səs artıq (19 səs) toplayıb.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2015-ci ilin aprelində Azərbaycanın bu qurumdakı statusunu aşağı tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə endirib. Yanvardan sonunda Dövlət Neft Fondu MSŞK ilə münasibətlərin inkişafı yönündə danışıqlar aparıldığını bildirimişdi.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza