Modern.az

Şagirdlər dövlət rəmzləri ilə bağlı məlumatlandırılıb

Şagirdlər dövlət rəmzləri ilə bağlı məlumatlandırılıb

14 Fevral 2016, 21:14

 

Regionlarda yeniyetmələr dövlət rəmzləri ilə bağlı məlumatlandırılıb. Modern.az saytı xəbər verir ki, Rəşad Həsənovun icra etdiyi layihə çərçivəsində  Şəki şəhərinin şəhər 10 nömrəli tam orta məktəbində və Şəki şəhər Fizika, Riyaziyyat və Humanitar Təmayüllü liseyində təlimlər uğurla reallaşdırılıb. Tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Region gəncləri arasında Dövlət Rəmzlərinin Təbliği” layihəsi çərçivəsində keçirilib. Layihənin əsas məqsədi regionlarımızda yaşayan gənclərə dövlət rəmzlərini təbliğ etmək, tanıtmaq, dərindən məlumatlandırmaq  və dövlətimizin bu istiqamətdə işinə dəstək olmaqdır.  9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil olunan tədbirdə 14-17 yaş arası 80 nəfər iştirak edib. Regionlarda təşkil olunan təlimlərdə dövlət rəmzləri olan bayraq, gerb, himn haqqında ətraflı məlumatlar verilib.

Təlimdən sonra təlimin effektiv və yaddaqalan olması üçün gənclərə təlimdə danışılan mövzu ilə bağlı test tapşırıqları verilib. İştirakçıların cavabları yoxlanılıb, diskursiya aparılıb və onlara  baryaq, kitabça və dəftərxana ləvazimatları paylanılıb.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza