Modern.az

Deputatın Qarabağ problemindən bəhs edən yeni kitabı çıxdı - FOTO

Deputatın Qarabağ problemindən bəhs edən yeni kitabı çıxdı - FOTO

Təhsil

15 Fevral 2016, 13:26


Tovuzda  Heydər Əliyev adına mərkəzdə millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın yeni nəşr olunmuş “Müasir Avropa təhlükəsizliyi:Yeni çağırışlar və təhdidlər (Cənubi Qafqaz münaqişələri timsalında)” kitabının təqdimat və imzalanma mərasimi olub.

Modern.az xəbər verir ki, kitab barədə geniş məlumat verən millət vəkili Ermənistanın torpaqlarımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, törətdikləri soyqırımlar, vandalizm aktları, Dağlıq Qarabağ probleminin tarixi kökləri, müasir vəziyyət, bir sıra beynəlxalq təşkilatların ikili standartları kimi məsələlərin kitabda faktlarla  geniş təqdim edildiyini vurğulayaraq gəncləri oxumağa, öyrənməyə səsləyib.

Kitabın təqdimat mərasiminə rayonun ən savadlı gənclərinin dəvət edilməsini özəlliklə istədiyini deyən Q.Paşayeva ölkəmizin gələcəyi sizin əlinizdədir və siz hamınız tariximizi, həqiqətlərimizi əzbər bilməlisiniz deyib və onları Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb. Gəncləri özəlliklə tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlarla Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş fikir mübadiləsi aparıb və  bildirib ki,  hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.

Millət vəkili gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb.

Görüşün sonunda Q.Paşayeva gənclərə və müəllimlərə müəllifi olduğu “Müasir Avropa təhlükəsizliyi:Yeni çağırışlar və təhdidlər(Cənubi Qafqaz münaqişələri timsalında)” kitabını imzalı hədiyyə etməklə yanaşı, onların suallarını da cavablandırıb.

Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?