Modern.az

DİN tibb bacısını öldürənlərlə bağlı məlumat yaydı

DİN tibb bacısını öldürənlərlə bağlı məlumat yaydı

15 Fevral 2016, 13:32


Xəbər verirldiyi kimi, fevralın 10-da Ağcabədi şəhərində yaşayan Kamilə Əhmədovanın küt alətlə qətlə yetirilmiş meyiti mənzilində tapılmışdı.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakinləri Cəlal Məsimov və Samir İsayev tutulublar.

Qətlə yetirilən 60 yaşlı Kamilə Əhmədovan tibb bacısı işləyib. Saxlanılan şəxslərin ona pul borcu olduqları bildirilir.

Cinayətkarlar 60 yaşlı qadını ütü ilə döyə-döyə qətlə yetiriblər. O, rayondakı Üzeyir Hacıbəyov küçəsində yerləşən evində tək yaşayırmış. 60 yaşlı Kamilə Əhmədovanın meyitini qonşular aşkar edib və polisə xəbər veriblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu