Bosniya və Hersoqovina Respublikası Avropa Birliyinə üzv olmaq üçün rəsmən Brüsselə müraciət edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin sammitində Birliyin diplomatiya rəhbəri Frederika Moqerini məlumat verib.
Moqerini bu hadisənin həm Bosniya və Hersoqovina, həm də Avropas Birliyi üçün müsbət siqnal olduğunu deyib. Birliyin 28 üzvü rəsmi Sarayevonun müraciətinə baxaraq, müvafiq qərar vermək niyyətindədir.
Bosniya və Hersoqovinada müsəlmanların sayı 40% təşkil edir. İslam dini ölkədə ən geniş yayılmış dini konfessiya sayılır.
Vüqar İsmayılov