Ermənistanın hakim Respublika Partiyasının katibi Qaqik Melikyan prezidenrt Serj Sərksiyanın prezident səlahiyyətlərinin bitəcəyi 2018-ci ildən sonra da siyasətdə qalacağını deyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Melikyan jurnalistlərin sualına cavab verərkən belə deyib.
“Kimsə deyib ki, Serj Sərkisyan siyasətdən gedir? Belə gözləntilər heç kəsdə olmalı deyil”.
Ermənistanda 2015-ci il 6 dekabrda qəbul edilən yeni Konstitusiya prezidentin səlahiyyətlərini məhdudlaşdırır və parlamentə geniş səlahiyyət verir. Bu qanun 2018-ci ilin fevralından qüvvəyə minəcək.
Vüqar İsmayılov