Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.
Bu haqda Modern.az saytına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edilib ki, Səfər İmanov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində1 noyabr 2015-ci ildə fəaliyyətini dayandırıb.
Vəkil Adəm Məmmədov sosial şəbəkələrdə Səfər İmanovun vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alması haqda məlumatı ictimailəşdirib.
Gülşən RAUFQIZI