Modern.az

Davudoğludan ŞOK mesaj: “Suriyadan sonra rusların hədəfi Azərbaycandır”

Davudoğludan ŞOK mesaj: “Suriyadan sonra rusların hədəfi Azərbaycandır”

Təhsil

15 Fevral 2016, 17:17


Türkiyə baş naziri Əhməd Davudoğlu Ukraynaya rəsmi səfəri zamanı önəmli açıqlamalar verib.

Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, Davudoğlu Ukrayna, Gürcüstan və Suriyadan sonra Rusiyanın Azərbaycanın da ərazi bütövlüyünü pozmaq niyyətində olduğunu deyib.

“Yeni Rusiya siyasətinin konsepsiyası istilaçılıq və aqressivlikdir. Abxaziyada başlayan situasiya Krımda davam etdi. İndi 3 ölkə var ki, Rusiya onların ərazi bütövlüyün pozub: - Gürcüstan, Suriya və Ukrayna”.

Əhməd Davudoğlu Azərbaycanın da ərazi bütövlüyünün təhlükə altında olduğunu və Rusiyanın Ermənistana işğalı davam etmək üçün yardım etdiyini söyləyib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?