Modern.az

Məhkum silahını təhvil verib

 Məhkum silahını təhvil verib

15 Fevral 2016, 20:18

 

Məhkum silahını təhvil verib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, faktın üstü Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində açılıb.

Belə ki, 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən, 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Ramin Qafar oğlu könüllü olaraq bir ədəd odlu silah hesab edilən, 9 mm kalibrli “Valtro-85 Combat” tipli tapançanı təhvil verməyə razı olduğunu bildirib. R.Məmmədovun xahişi ilə onun tanışı, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü vətəndaş Həşimov Zamir Əhədəli oğlu tərəfindən qeyd olunan silah Penitensiar Xidmətin əməkdaşlarına təqdim olunub. Odlu silah aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə təhvil verilib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu