Modern.az

”Həmsədrlər Qarabağ münaqişəsinin həlli yollarını tapmağa çalışırlar” - Robert Sekuta

”Həmsədrlər Qarabağ münaqişəsinin həlli yollarını tapmağa çalışırlar” - Robert Sekuta

15 Fevral 2016, 21:47

 

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinə çalışaraq məsələni irəli aparmaq istəyən bir qrupdur. ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını tapmağa çalışırlar”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, Minsk qrupu həmsədrləri, o cümlədən Ceyms Uorlik bununla bağlı bəyanat yayıb: "Onların fəaliyyətləri uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yönəlib. Bu isə ATƏT-in prinsiplərinə uyğun kontekstdə həyata keçirilən fəaliyyətdir”.  

Səfir bildirib ki, NATO üzvləri azad və sülhün bərqərar olduğu Avropa görmək istəyir: "Bu məqsədə nail olmaq üçün NATO-ya üzv ölkələr birgə fəaliyyət göstərərək Helsinki və BMT prinsipləri əsasında münaqişələrin birgə həlli üçün çalışmalıdırlar".

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu