Modern.az

“Texnikabank” əmanətçilərinə 1,1 milyon kompensasiya ödənilib

 “Texnikabank” əmanətçilərinə 1,1 milyon kompensasiya ödənilib

15 Fevral 2016, 23:41

 

Sığorta hadisəsi baş verən “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərinə 1,1 milyondan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən  başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Xatırladaq ki, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu