Modern.az

Ərdoğanın Bakı səfəri təxirə düşdü

Ərdoğanın Bakı səfəri təxirə düşdü

17 Fevral 2016, 23:57

 

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın 18 fevralda Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.  Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi xəbər yayıb.

Qeyd edək ki, 18 fevralda Bakıda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcəkdi.

“Anadolu” agentliyinin məlumatına görə, Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Agentlik qeyd edib ki, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.

Həmçinin Azərbaycan prezidenti  İlham Əliyevin Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatı itirənlərin ailə üzvlərinə başsağlığı verdiyi, yaralılara şəfa dilədiyini qeyd  etdiyi də bildirilib. Türkiyə prezidentinin də həmin tədbirdə iştirak çərçivəsində Azərbaycana səfəri planlaşdırılmışdı.

Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 18-də Brüsselə planlaşdırılan səfərini təxirə salıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu