Modern.az

Hicran Hüseynova ilə bağlı QALMAQAL böyüyür: “O rəsmi sənəd də deyil”

Hicran Hüseynova ilə bağlı QALMAQAL böyüyür: “O rəsmi sənəd də deyil”

Təhsil

18 Fevral 2016, 10:20

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət  Komitəsi vəkil Adəm Məmmədovun hüquqlarını müdafiə etdiyi Eynar Kərimovun sədr Hicran Hüseynovanın adının qeyd olunduğu qəbzi ictimailəşdirməsinə münasibət bildirib.

Komitədən Modern.az saytına verilən açıqlamada deyiblər ki, həmin qəbz kağız parçasından başqa bir şey deyil.

“O qəbz deyil, ümumiyyətlə rəsmi sənəd də deyil. Onun notariusdan təsdiq olunması haqqında göstərici varmı? Yoxdur”.

Dövlət Komitəsindən araşdırmaların davam etdirildiyi qeyd edilib: “Hazırda araşdırma gedir, hər şey istintaqın sonunda müəyyənləşəcək. Kiminsə hansısa açıqlama verməsindən asılı olmayaraq yekun nəticəni gözləyirik”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu