Modern.az

Bakıda 2 azyaşlı şagird itkin düşdü

Bakıda 2 azyaşlı şagird itkin düşdü

Təhsil

18 Fevral 2016, 11:38


Modern.az xəbər verir ki, jurnalist Əzizə İsmayılova sosial şəbəkədəki paylaşımında Bakıda iki şagirdin itkin düşdüyü barədə bildirib.
Məlumatda qeyd olunur ki, dünən həmin iki uşaq dərsdən çıxıb, bir daha geri dönməyib: 

"Hər ikisinin 11 yaşı var. №32 məktəbin şagirdləridirlər ("Qara Qarayev" metrosu tərəfdə). Birinin adı Şamil, digərinin İsmayıl. Şamilin əynində qara gödəkcə, göy şalvar, ağ krossovka olub. İsmayılın əynində göy şalvar, bordo rəngli gödəkcə və şabalıdı yarımboğaz çəkmə olub".

Bu şəxslər barəsində hər hansı məlumatı olanlardan (050) 527-11-80 Yekaterina xanım - Şamilin anası, (055) 935-82-60 Viktoriya xanım - İsmayılın anasına zəng vuraraq məlumat vermələri xahiş olunur.

Fevralın 17-də Bakının Nizami rayonu ərazisində itkin düşən 11 yaşlı iki şagird - Şamil Babayev İsmayıl Şəfiyevin təhsil aldıqları orta məktəbin direktoru hadisə barədə danışıb. Trend-ə açıqlama verən Nizami rayonu 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva faktı təsdiqləyib.

Məktəb direktoru bildirib ki, hadisə fevralın 17-də günorta saatlarında baş verib. Məktəbin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxıb evlərinə yola salınıb. Lakin şagirdlər evlərinə getməyiblər.

Şagirdlərin dərsdən sonra valideynlərinə təhvil verilməsi məsələsinə münasibət bildirən S.Abdullayeva bildirib: "Həmin şagirdlər həmişə məktəbə özləri gəlib, özləri gediblər. Onları heç vaxt valideynləri məktəbdən götürməyiblər. Bu barədə valideynləri polisə izahatlarında da qeyd ediblər".

Direktor qeyd edib ki, hazırda polis şagirdlərin axtarışına başlayıb və onların gedəcəyi ehtimal edilən ərazilərlə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, fevralın 17-də Bakının Nizami rayonu, 32 saylı orta məktəbin iki şagirdi - Şamil Babayev və İsmayıl Şəfiyev yaşadıqları mənzillərdən orta məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu