Ukrayna prezidenti Pyotr Poroşenko yaxın 3 ay ərzində baş nazir Arseni Yatsenyuku istefaya göndərməklə bağlı strateji qərar verdiyini söyləyib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Radadakı ən böyük fraksiya olan “Pyotr Poroşenko Bloku”nun deputatları ilə iclas keçirən Poroşenko Arseni Yatsenyukun parlament səsverməsi ilə istefaya göndərilməməsinin səbəblərini izah edərkən bunun tezliklə baş verəcəyini deyib.Lakin o, baş naziri hansı qanunuverici mexanizmlərlə kürsüdən uzaqlaşdıracağını deməyib.
“Pyotr Poroşenko Bloku”nun fraksiya rəhbəri Yuri Lutsenko isə iclasda prezident tərəfindən belə fikirlərin səsləndirilmədiyini deyib.
Vüqar İsmayılov