Modern.az

Xaçmazda ağır qəza - 3 maşın toqquşub: 2 ölü, 5 yaralı...

Xaçmazda ağır qəza - 3 maşın toqquşub: 2 ölü, 5 yaralı...

18 Fevral 2016, 13:05


Fevralın 17-də saat 21 radələrində Xaçmaz rayonunun Müzəffər-oba kəndində rayon sakinləri Ruslan Nüsrətovun idarə etdiyi “KİA”, Şıxbala Zeynalovun idarə etdiyi “VAZ-2106” və Rövşən Şükürovun idarə etdiyi “VAZ-21093” markalı avtomobillər toqquşub.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində Ş.Zeynalov və sərnişinlərindən Elvin Cavadov hadisə yerində ölüb, onun digər 1 sərnişini, habelə R.Nüsrətov və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Olayla bağlı araşdırma aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu