Modern.az

Azərbaycanın axtardığı şəxs gizləndiyi ölkədə də cinayət törətdi

Azərbaycanın axtardığı şəxs gizləndiyi ölkədə də cinayət törətdi

18 Fevral 2016, 13:57

Ukrayanın Lvov polisi beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının saxlanıldığını bildirib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, “oğurluq” maddəsi ilə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs uzun müddət gizləndiyi Ukraynada da cinayət əməllərini davam etdirib.

“Müəyyən olunub ki, şübhəli şəxs ötən ilin iyununda həmyerlisi ilə birlkdə Lovov şəhərində soyğunçuluq məqsədilə 2 yeniyetməyə hücum edib və onlardan birini bıçaqlayıb”.

Hazırda Azərbaycan vətəndaşının həbs olunduğunu bildirən Lvov polisi onun Ukraynada məhkəmə qərarı ilə çəkəcəyi cəzadan sonra axtarışda olduğu Azərbaycana ekstradisiya olunacağını deyib. Adı açıqlanmayan azərbaycanlı 7 ildən 10 ilə qədər həbs cəzası ala bilər.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu