Rusiya Ankaradakı terror aktına görə rəsmi açıqlama verib.
Modern.az saytı xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı açıqlama yayıb.
Bəyanatda Türkiyəyə başsağlığı verilib. Rusiya XİN bildirib ki, Ankaradakı son hadisə bütün ölkələrin beynəlxalq terrora qarşı mübarizəsini bir daha aktual edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Moskva Ankaradakı terror aktını pisləyir.
Aqşin Kərimov