Modern.az

PKK-nın Suriya qanadından BƏYANAT: “Tanımırıq”

PKK-nın Suriya qanadından BƏYANAT: “Tanımırıq”

18 Fevral 2016, 14:39

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaradakı terroru PYD-nin (PKK-nın Suriya qanadı) silahlı qolu YPG ilə əlaqəsi olan Salih Neccarın törətdiyini bəyan edib. .

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, PYD-nin həmsədri Salih Muslim  baş nazirin açıqlaması ilə bağlı çıxış edib.  

O deyib ki, təmsil etdiyi təşkilat terrorçu Salih Neccar adlı birini tanımır.

“Bu hadisənin PYD və YPG ilə uzaqdan-yaxından bir əlaqəsi yoxdur. Adı keçən insanı isə tanımırıq. Biz Türkiyənin heç bir işinə qarışmırıq”,-deyə o bildirib.  

Qeyd edək ki, ötən gün Ankarada bomba yüklü avtomobilin partladılması nəticəsində 28 nəfər həlak olub.  

Aqşin KƏRİMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu