Modern.az

Ərdoğan: “Ankara terroruna görə 14 nəfər tutulub”

Ərdoğan: “Ankara terroruna görə 14 nəfər tutulub”

18 Fevral 2016, 14:54

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı terror aktına görə 14 nəfərin saxlanıldığını deyib.

Modern.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, dövlət başçısı əməliyyatın davam etdiyini də vurğulayıb.

  Ərdoğan bildirib ki, terroru PKK-nın Suriya qanadı olan PYD-nin törətdiyi təsdiqlənib.  

Bundan bir qədər əvvəl isə baş nazir Əhməd Davudoğlu partlayışla əlaqəsi olan 9 nəfərin tutulduğunu demişdi.  

Ötən gün Ankaranın mərkəzində törədilən kamikadze hücumu zamanı 28 nəfər həlak olmuş, 61 nəfər isə xəsarət almışdı.  

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu