Azərbaycanın premium kinoteatrı “CinemaPlus” moda aləminə aid “Nümunəvi erkək 2” yeni ulduzlu komediya filminin nümayişinə başlayıb.
Paramount Pictures şirkəti “Nümunəvi erkək 2” filminin treylerinin rekord vurduğunu və bütün zamanların ən məşhur komediya treyleri olduğunu elan edib.
Filmdə ulduzların sayı həddindən artıq çoxdur: Rejissor, ssenari müəllifi və baş rolun ifaçısı Ben Stillerdir. Digər aktyorların da xüsusi təqdimata ehtiyacı yoxdur - Ouen Uilson, Penelopa Krus, Kristen Uiq və Uill Ferrel. Filmin dizaynerləri sırasında Tom Ford, Tommi Hilfiger, Karl Lagerfeld, Viktoriya Bekhem kimi ulduzlar var. Supermodellər Haydi Klum və Klaudiya Şiffer, mügənni və Calvin Klein Jeans-ın siması Castin Biberi də bu filmdə görmək olar.
Filmin süjeti əsl komediyadır: Bütün dünyanı məşhurların qətllər dalğası bürüyüb. Dəbə uyğun geyinməyi xoşlayan xüsusi agent Qrosso Montana, vaxtilə məşhur olan kişi-model Derek Zulanderə kömək üçün müraciət edir. O, moda aləmində baş verən cinayəti çözərək təntənəli şəkildə dünya podiumuna qayıda biləcəkmi?
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.