Modern.az

Fuad Muradov şikayətləri dinlədi - FOTO

Fuad Muradov şikayətləri dinlədi - FOTO

18 Fevral 2016, 14:58

Milli Məclisin Gənclər və idman komitəsinin  sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə qəbul keçirib.
Modern.az xəbər verir ki, müraciət etmiş şəxsləri ayrı-ayrılıqda qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, eyni zamanda  gənclər və idman sahəsinə aid olan layihələr  üstünlük təşkil edib.

Problemləri  və təklifləri  dinləyən komitə sədri bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş şəxslərin bir qismindən  aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Qeyd edilib ki, bütün müraciətlər nəzarətdə saxlayacaq və həllinə köməklik göstərəcək.




Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu