Modern.az

Bakıda 2100 cüt ayaqqabı oğurlandı

Bakıda 2100 cüt ayaqqabı oğurlandı

18 Fevral 2016, 15:15

Bakıda məşhur mağazadan 120 min manatlıq oğurluq edilib.

Modern.az “report”a istinadən xəbər verir ki, “Diamoni” MMC-nin direktoru, Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Qürbət oğlu Hüseynov polisə müraciət edib.

Direktor polisə müraciətində bildirib ki, 2013-cü ildən 2015-ci ilin mart ayınadək MMC-də işləyən Bəxtiyar adlı şəxs açıq pəncərədən keçməklə şirkətdən 120 min manat dəyərində 2 100 cüt ayaqqabı oğurlayıb. Şikayətlə bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində (PB) araşdırma aparılır  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu