Rövnəq Abdullayev yenidən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentliyinə namizədliyini irəli sürüb. Modern.az saytı xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib. Məlumata görə, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, R.Abdullayev 2016-cı il martın 11-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
R.Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.