Modern.az

Binəqədidə sakinlərə zərər verən obyekt bağlanacaq – RƏSMİ

Binəqədidə sakinlərə zərər verən obyekt bağlanacaq – RƏSMİ

18 Fevral 2016, 16:41

Binəqədi kəndi “Gülüstan 15” ünvanında yerləşən daş karxanasının orada yaşayan sakinlərin sağlamlığına verdiyi zərər və bu səbəbdən insanların narahatlıqlarını nəzərinizə çatdırmışdıq.

Məsələ ilə bağlı müxtəlif instansiyalara etdiyimiz müraciətlər isə cavabsız qalmışdı.

Nəhayət, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Modern.az saytına bildirib ki, məsələ ilə bağlı təmsil etdiyi qurum tərəfindən lazımi tədbirlər görülüb:

“Ərazidəki obyekt nəzərdən keçirilib. Onun insanların sağlamlığına zərəri müəyyənləşib. Obyektin bağlanması barədə qərar çıxarılıb. Qərar icra olunması üçün icra şöbəsinə göndərilib”.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu