Modern.az

Bakıda itkin düşən məktəblilər tapıldı

Bakıda itkin düşən məktəblilər tapıldı

18 Fevral 2016, 18:58


Dünən Bakıda itkin düşən məktəblilər tapılıb. Bu barədə Lent.az-a Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəisi Rəfael Albabayev məlumat verib. Onun sözlərinə görə, uşaqlar Hövsan qəsəbəsində tapılıblar. Onlar dünən axşam dərsdən çıxandan sonra Şamil Babayevin nənəsinin Hövsandakı evinə gediblərmiş.

Fevralın 17-də Bakının Nizami rayonu ərazisində itkin düşən 11 yaşlı iki şagird - Şamil Babayev İsmayıl Şəfiyevin valideynləri polisə müraciət etmiş, sosial şəbəkələrdə elan vermişdilər.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu