Modern.az

Hüquqi şəxslər 2500 manat cərimələnəcək

Hüquqi şəxslər 2500 manat cərimələnəcək

18 Fevral 2016, 22:21

 

Auditdən yayınanlar cərimə ödəyəcəklər. Modern.az saytı xəbər verir ki, martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) məcburi audit yoxlamasından keçməyənlərə cərimələr nəzərdə tutulub.  

Bundan sonra vəzifəli şəxslər - 300-600 manat, hüquqi şəxslər – 1500-2500 manat cərimə ödəməli olacaqlar. Dəqiq məbləği yerli məhkəmələr müəyyənləşdirəcək.  

Qeyd edək ki, prezidentin fevralın 15-də imzaladığı fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, məcburi auditdən yayınmaya dair protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı hazırlanıb təqdim edilsin. Bu işə 3 ay vaxt ayrılıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?