Modern.az

İslam Əməkdaşlıq Təşkilatında Xocalı faciəsi yad edildi

İslam Əməkdaşlıq Təşkilatında Xocalı faciəsi yad edildi

19 Fevral 2016, 10:18

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madani 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

Moden.az İslam Əməkdaşlıq Təşkilatının (İƏT) saytına istinadən xəbər verir ki, İƏT baş katibi  İyad bin Amin Madani Xocalı faciəsini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində törədilən aksiya kimi qiymətləndirib.

İyad bin Amin Madani 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT-in Xarici İşlər Nazirləri Şurasının 42-ci sessiyasında Xocalı hadisələrini pisləyən qətnamə qəbul etdiklərini də yada salıb.

Təşkilat bildirir ki,  Azərbaycanın işğalı dayandırmaq və ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi bütün təşəbbüs və addımlara İƏT-in Baş Katibliyi dəstək verir və gələcəkdə də verəcək.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu