Modern.az

Kapital Bank dolların satışını azaltdı

Kapital Bank dolların satışını azaltdı

19 Fevral 2016, 11:29

 

Fevralın 19-dan etibarən “Kapital Bank” ASC ABŞ dollarının satışını Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) müəyyən etdiyi məzənnə ilə həyata keçirir. Kapital Bankın filial və şöbələrində ABŞ dollarının satış məzənnəsinin maksimal həddi Mərkəzi Bankın ABŞ dolları üzrə açıqladığı rəsmi valyuta məzənnəsindən fərqlənməyəcək. Dəyişiklik, Dolların alış, habelə Avro və digər xarici valyutaların alış və satış məzənnələrinə şamil olunmur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu