Modern.az

Elmar Məmmədyarov gürcü həmkarı ilə nələri müzakirə etdi?

Elmar Məmmədyarov gürcü həmkarı ilə nələri müzakirə etdi?

19 Fevral 2016, 11:58


Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tiflis şəhərində keçirilən beşinci üçtərəfli görüşündə iştirak edən nazir Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Mixeil Janelidze ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin mehriban qonşuluq və strateji tərəfdaşlıq zəminində inkişafından məmnunluq ifadə olundu.  

Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə etdilər.  

Görüşdə həmçinin, Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyətindən razılıq qeyd edildi, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu