Modern.az

Azərbaycanda bu iki gənc itkin düşüb - FOTO

Azərbaycanda bu iki gənc itkin düşüb - FOTO

19 Fevral 2016, 12:27


Daxili İşlər Nazirliyi ölkə ərazisində iki nəfərin itkin düşdüyü brədə məlumat yayıb. Nazirlikdən Modern.az-a verilən məlumatda bildirilir:

“20.10.1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı 11.01.2016-cı il tarixdə Bərdə şəhərində, 13.12.1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə 23.01.2016-cı il tarixdə  Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.

İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu isə 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.

Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu