Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12:00-dək uzadılıb.Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.
Aytən ZƏHRA