Modern.az

Türkiyə ilə Rusiyanın dövlət bankı arasında borc QALMAQALI

Türkiyə ilə Rusiyanın dövlət bankı arasında borc QALMAQALI

Təhsil

19 Fevral 2016, 16:48

 

Türkiyənin vergi orqanları səhmlərinin 99,85%-i Rusiyanın Sberbankı-na məxsus olan Denizbanka-a vergi iddiası irəli sürüblər. 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, həmin vergi borcu DenizBank hələ Belçika-Fransa ortaq şirkəti Dexia-ya məxsus olarkən yaranıb. Sberbank rəsmiləri vergi məsələsi ilə bağlı Dexia qrupuna bildiriş göndərdiklərini bildirib.  

Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşdikdən Moskva 4 türk bankının ölkədəki törəmələrinə qarşı sanksiyalar tətbiq etmişdi. Lakin Sberbank sədri German Qref Denizbank-a qarşı sanksiya tətbiq etməsinin inandırıcı görünmədiyini deyib.

“Açığı bunu gözləmirəm. Öz iqtisadiyyatına zərbə vurmaq? Biz kifayət qədər böyük lokal bankıq”.  

Sberbank 2012-ci ilin sentybarında Denizbank-ı Dexia şirkərtindən 2,79 milyard avroya almışdı. Türkiyənin 9-cu ən böyük bankı sayılan Denizbank 600 mindən artıq müştəri və 825 milyon dollardan artıq depozit göstəricisi ilə maliyyə bazarında önəmli paya sahibidir.  

Vüqar İsmayılov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu