Modern.az

İlqar Muradov səssizliyi pozacaq

İlqar Muradov səssizliyi pozacaq

Təhsil

19 Fevral 2016, 16:55

Əməkdar artist İlqar Muradov sənətində yaratdığı kiçik fasiləni mini konsertə pozacaq. Bu barədə Modern.az-a konsertin təşkilatçısı Aynur Hacıyeva məlumat verib.

O, bildirib ki, fevralın 20-də əyləncə məkanlarının birində nəzərdə tutulan konsert İlqar Muradovun dinləyiciləri üçün əsl bayram olacaq. Uzun zamandır səsi lent yazılarnda daha çox eşidilən əməkdar artist artıq konsertinin məşqlərinə başlayıb:

"İlqar Muradovun dinləyici kütləsi genişdir. Konsert təklifini edəndə, tərəddüd etmədən razılaşdı. Maraqlı konsert olacaq. Yeni mahnılar, klassk ifalar İlqar Muradovun canlı ifasında eşidiləcək".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu