Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi baş verib. Modern.az xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinə yeni köməkçi təyin edilib. Bu, 2010-2016-cı illərdə Heydər Əliyev Fondunun Humanitar proqramlar departamentinin Təhsil, gənclər və idman şöbəsində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışan Emin Tahir oğlu Məmmədovdur.
Xatırladaq ki, E.Məmmədovdan öncə bu vəzifəni Ehtiram Kərimov tutub.
Aytən ZƏHRA