Modern.az

Əfv Komissiyasının yeni tərkibi təsdiqləndi-Siyahı

Əfv Komissiyasının yeni tərkibi təsdiqləndi-Siyahı

Təhsil

19 Fevral 2016, 20:00

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilir:  

Komissiyanın sədri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri  

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri  

Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri  

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri  

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi  

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri  

Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri  

Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri  

Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri  

Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri  

Səttar Möhbalıyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri  

Elmira Axundova - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist  

Məlahət İbrahimqızı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini  

Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü  

Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri  

Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Cəmilə Ramazanova - Azərbaycan Respublikasının əməkdar müəllimi  

 

Komissiyanın katibi  

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunur ki, Komissiyanın iclaslarında iştirak etsinlər.    

  Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu