Ankaradakı qanlı terror hücumunu kimin törətdiyi bəlli olub. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada təşkil olunan terror hücumunu PKK-nın bir qolu olaraq tanınan "Kürdistan Azadlıq Şahinləri" qruplaşması öz üzərinə götürüb.
Verilən məlumata görə, PKK-nın bir qolu olan bu qruplaşma partlayışı Abdulbaki Sönməz adlı terrorçunun həyata keçirdiyini bəyan edib.
Bu arada terror aktı ilə əlaqədar şübhəli qismində saxlanılanların sayı 20 nəfərə çatıb. Ölkənin səkkiz əyalətində xüsusi əməliyyatlar keçirilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılanların bir qismi PKK ilə əlaqəlidirlər.
Modern.az