Modern.az

Rusiya vertolyotu Estoniyanın hava məkanını pozub

 Rusiya vertolyotu Estoniyanın hava məkanını pozub

Təhsil

19 Fevral 2016, 22:04

 

Estoniya Rusiya vertolyotu tərəfindən ölkənin hava məkanının pozulduğunu bildirib.   Modern.az saytı «İnterfaks» agentliyinə istinadən xəbər verir ki, Estoniya Müdafiə qüvvələri Baş qərargahının məlumatına əsasən, cümə axşamı, fevralın 18-də Rusiyanın Mi-8 vertolyotu icazə almadan Vasknarva zastavasının yaxınlığında Estoniyanın hava məkanına daxil olub.  

Qərargahdan bildirildiyinə görə, vertolyot Estoniya hava məkanında 1 dəqiqədən az vaxt ərzində olub. Hava gəmisinin transponderi söndürülmüş vəziyyətdə olub və uçuş planı əvvəlcədən təqdim edilməyib.  

Agentliyin xəbərinə əsasən virtualaz.org bildirir ki, Rusiyanın Estoniyadakı səfiri bu hadisə ilə əlaqədar sözügedən ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu