Prezident yanında Əfv Məsələləri Komissiyasının bu gün təsdiqlənən tərkibində 6 nəfər yeni şəxsin adı var. Modern.az saytı xəbər verir ki, Əfv Komissiyasında vətəndaş cəmiyyəti institutları və mətbuat nümayəndələri də yer alır.
Komissiya üzvləri arasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid də var. Bundan basqa Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev də ilk dəfədir komissiyada təmsil olunacaq.
Qeyd edək ki, Ombudsman Elmira Süleymanova yeni tərkibdə yer almayıb.
Modern.az