Lənkəran-Boradigah şossesinin Gil kəndi ərazisində beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, 44 BB 482 dövlət nömrə nişanlı VAZ-21015 markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində su arxına düşüb.
Yararılardan üçünün vəziyyəti ağırdır. Onlardan birinin adı artıq məlumdur. Bu, 20 yaşlı Lənkəran rayon sakini Abdullazadə İbrahim Yusif oğludur.
Modern.az