Seçilmiş agent banklar tərəfindən olan “Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərə 21 milyon 529 min manatdan artıq kompensasiya ödənilib. Modern.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığirtalanması Fondundan (ADIF) bildirilib.
Məlumata görə, seçilmiş agent banklar tərəfindən “Gəncəbank” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərə 621 min manatdan artıq kompensasiya ödənilib.
Seçilmiş agent banklar tərəfindən “Texnikabank” ASC-nin sənədləri qaydasında olan əmanətçilərə isə 20 milyon manatdan artıq kompensasiya ödənilib.
Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.
Qeyd edək ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Aytən ZƏHRA