Dünya şöhrətli italyan yazıçısı Umberto Eko vəfat edib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, İtaliyanın Alessandriya şəhərində dünyaya göz açmış 84 yaşlı yazıçı dünən axşam saatlarında öz evində keçinib.
Umberto Eko “Gülün adı”, “Fukonun rəqqası”, “Bir gün əvvəlki ada” kimi məşhur əsərlərin müəllifi kimi dünya şöhrəti qazanıb. Yazıçının son romanı “Sıfır sayı” 2015-ci ildə işıq üzü görüb.
Umberto Eko Turin Universitetində orta əsr fəlsəfəsi və ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edib və Katolik kilsəsini tərk edib. 1954-cü ildə Turin Universitetini bitirib, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyirdi. U.Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. U.Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir. 1962-ci ildə alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailə qurub. Bir qızı və oğlu var.