Modern.az

İntihara cəhdlər, dəm qazından ölən və dərmandan zəhərlənənlər...

İntihara cəhdlər, dəm qazından ölən və dərmandan zəhərlənənlər...

20 Fevral 2016, 13:05


Özünü Kür çayına ataraq intihar etmək istəyən iki şəxsin həyatı qurtarılıb. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, ötən gün Yevlax şəhər sakini Nüsrət Əliyev özünü Kür çayına atmağa cəhd göstərib.
Mingəçevir şəhərində şəhər sakini Elvina Mustafayeva isə Kür çayına özünü atıb və vətəndaşlar tərəfindən xilas edilib.

Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan Bayram Məhərrəmov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Ülkər Abdullayeva, Cəlilabad rayonunun Sabirabad kəndində yaşayan Sevinc Əzizova dərmandan, Gəncə şəhər sakini Barat Dadaşov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu