Magistraturaya sənəd qəbulu bu gün başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirilən imtahanlarda iştirak etmək üçün 24109 bakalvr “Elektron ərizə”sini təsdiq edib. Bunlardan 21 817 nəfəri Azərbaycan, 2 292 nəfər isə rus bölməsinin bakalavrıdır.
Qeyd edək ki, 10 fevraldan etibarən 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başlayıb. Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.
Aytən ZƏHRA