Milli Məclisin Gənclər və idman komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən milət vəkili seçilmiş Fuad Muradov seçiciləri qəbul edib. Millət vəkilinin Xətai rayonunda yerləşən qərargahında baş tutan görüşdə sakinlər onları narahat edən sosial, qeydiyyat, hüquqi məsələlər və işsizliklə bağlı müraciətlər ediblər.
Sakinlərilə ayrı-ayrılıqda görüşən və müraciətlərini dinləyən Fuad Muradov onlardan ərizə və şikayət məktublarını qəbul edib. Qeyd edilib ki, bütün müraciətlər diqqətdə saxlanılacaq və mövcud poblemlərin həlli istiqamətində aidiyyatı orqanlarla birgə müvafiq tədbirlər həyata keçiriləcək.
Modern.az