Modern.az

Rusiya Ermənistandakı döyüş təyyarələrinin sayını artırdı

Rusiya Ermənistandakı döyüş təyyarələrinin sayını artırdı

20 Fevral 2016, 15:43

Rusiya Müdafiə Nazirliyi Ermənistanda yerləşən döyüş təyyarələrinin  sayını artıraraq, mart ayından etibarən bölgədə nəzarət uçuşlarına başlayacağını bəyan edib.

Modern.az saytı xarici KİV-nə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəsmi açıqlamasına görə, Ermənistanın paytaxtı İrəvandakı "Erebuni" rus hava bazasına müasirləşdirilmiş MİQ-29 döyüş təyyarələriylə Mİ-8MT vertolyotları gətirilməklə hava hücumundan müdafiə arsenalı möhkəmləndirilib.

Açıqlamada MİQ-29 döyüş təyyarələrinin indiki vəziyyətinin müasir növ sinfə aid olduğu bildirilib.. Edilən dəyişiklik sayəsində xüsusilə döyüş təyyarələrinin uçuş mənzilinin artırıldığı, pilot kreslosunun təhlükə anındaca atılması sisteminin yeniləndiyi və təyyarənin daşıdığı sursatın 4 tona çatdırıldığı söylənilib.

Rusiya tərəfindən Ermənistana köçürülən yeni partiya döyüş təyyarələrinin sayı haqqında məlumat verilməsə də, açıqlamada bu təyyarələrin yalnız mart ayının ortalarında bölgədə nəzarətedici uçuşların başlamasında istifadə ediləcəyi deyilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən ilin dekabr ayında da Ermənistandakı hərbi bazaya altı Mİ-24 hücum helikopteriyle Mİ-8 hərbi nəqliyyat vertolyotları göndərdiyini bəyan etmişdi.

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu