Modern.az

Türkiyədəki antiterror əməliyyatından yeni XƏBƏR - Xeyli PKK-çı tutuldu

Türkiyədəki antiterror əməliyyatından yeni XƏBƏR - Xeyli PKK-çı tutuldu

20 Fevral 2016, 16:49


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə ərazisində həyata keçirilən antiterror əməliyyatları barədə yeni məlumat yayıb. Diyarbəkirin  Sur bölgəsində  davam edən antiterror əməliyyatında PKK-lıların zərərsizləşdirildiyi bildirilib.

 Modern. az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Surda baş tutan terror əməliyyatı zamanı  iki ədəd əl istehsalı partlayıcısının  məhv edildiyi vurğulanıb.  Ələ keçirilən əl istehsalı partlayıcı sayının 207 olduğu qeyd edilib. Cəmi tərksilah edilən terrorçuların sayının isə 213 olduğu bildirilib.  

 Şırnakın İdil bölgəsində keçirilən antiterror əməliyyatlarında isə zərərsizləşdirilən  terrorçuların sayının 6 olduğu bildirilib.  8 ədəd əl qumbarasının məhv edildiyi , əməliyyatda ələ keçirilən əl qumbaralarının sayının 13 olduğu göstərilib.

Şanlı Urfanın Suruç bölgəsində keçirilən əməliyyat nəticəsində isə separatçı terror təşkilatına kömək  etməkdə şübhəli bilinən dörd şəxs tutularaq, nəzarətə götürülüb.

Evlərdə aparılan axtarışlarda “Kalaşnikov” avtomatı ona aid 213 ədəd fişəng və dörd ədəd silah darağı, bir ədəd tapança ilə bu silaha aid 50 ədəd fişəng və bir ədəd daraq, terror təşkilatlarına məxsus müxtəlif sənədlərin ələ keçirildiyi açıqlanıb.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu