Modern.az

Elçin Behbudovun xanımından hüquq-mühafizə orqanlarına şikayət ediləcək

Elçin Behbudovun xanımından hüquq-mühafizə orqanlarına şikayət ediləcək

20 Fevral 2016, 17:52


İşgəncələrə Qarşı Azərbaycan Komitəsində ikitirəlik yarandığı barədə xəbər vermişdik. Elçin Behbudovun ölümündən sonra onun xanımı Elmira Behbudova sədr seçildiyini bəyan edib. Bunun ardınca isə vaxtilə Elçin Behbudovla birgə monitorinqlərdə iştirak etmiş Elşad Həmidov təşkilatın gerçək sədrinin özü olduğunu bildirib.

Bununla da tərəflər arasında söz davası başlayıb. Elmira Behbudovanın Elşad Həmidov barəsində təhqiramiz ifadələr işlətməsinə qarşı tərəfin cavabı gecikməyib.

Elşad Həmidovun sədri olduğu təşkilatın mətbuat katibi Telman Mirzəyev Modern.az saytına bildirib ki. onların əlində Elmira Behbudovanın əleyhinə yazılmış 30-dək şikayət ərizəsi var:

“Ayrı-ayrə adamların yazıdğı bu ərizələrdə Elmira Behbudovanın onları aldatmasından və digər elə ciddi faktlardan bəhs edilir ki... Biz həmin ərizələri  araşdırlması üçün hüquq-mühafizə orqanlarına təqdim edəcəyik. Elmira Behbudova qadındır, onun barəsində qeyri-etik çıxışlar etmək istəmirik. O, özünü qeyri-qanuni olaraq İşgəncələrə Qarşı Komitənin sədri elan edib, təşkilatın möhürünü də gizlədir.
Halbuki, sədr seçkisində Elşad Həmidov qurumun yeni rəhbəri seçilib. Bu məsələlər tezliklə aydınlaşanda ictimaəyyət daha müfəssəl məlumatlı olacaq”.

Mətbuat katibi Elmira Behbudovanı qanunsuz əməllərə və saxtakarlığa son qoymağa çağırıb.  


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu